Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi” ilə əlaqədar 11.03.2013-cü il tarixindən 31.05.2013-cü il tarixinə kimi aşağıda göstərilən xidmət növləri üzrə kompaniya keçirir:
Yeni telefon çəklişi tarifinə 50% güzəşt tətbiq etmək və yeni telefon çəkən abunəçiyə (Qarabağ əlillərinə və Şəhid ailələrinə) telefon aparatı hədiyyə vermək.
Mənzil telefonlarının addan-ada keçirilməsini, telefonun təhvil verilməsi barədə arayışın təqdim olunub-olunmamasından asılı olmayaraq, 2 manat tariflə təmin etmək.
Bakı şəhər ərazisində daşınan iP telefon nömrəsinin 20 manat tariflə çəkilməsini təmin etmək.
Genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və iPTV xidmətlərinə pulsuz qoşulmasını təmin etmək.
1÷3 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə 1 ay pulsuz internet xidməti göstərmək.
4÷10 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə modem və 1 ay iPTV-dən istifadəni pulsuz vermək.
Xidmətlərin sənədləşdirilməsi Baktelekomun Telefon qovşaqlarında aparılır.
“Bakinternet” internet xidməti istifadəçilərinin nəzərinə!
“Bakinternet”-in “155” servis xidmətinə müraciətlər avtomatlaşdırılmışdır. Belə ki, internet xidməti ilə əlaqədar hər hansı bir problem yarandığı və müraciət etmək zəruriyyəti yarandığı halda bu məsələnin həlli üçün istifadəçi tərəfindən 155 kodunu yığaraq sistemə internet xidməti qoşulmuş telefon nömrəsini daxil etmək kifayətdir. Nömrə sistemə daxil edildikdən sonra sistem nömrənin doğruluğunu bir daha yoxlayaraq istifadəçiyə bunun təsdiqlənməsini təklif edir. Təsdiqlənmə yerinə yetirildikdən sonra (1 düyməsini basmaqla) sistem müraciətin qəbul edildiyi haqda istifadəçini məlumatlandırır. Əgər müraciət istifadəçi tərəfindən təkrar olaraq sistemə daxil edilərsə bu halda sistem istifadəçini müraciətin artıq hansı tarix və vaxtda sistemə daxil edildiyini xatırladır. İstifadəçilər tərəfindən müraciət daxil edildikdən və sistem tərəfindən həmin müraciət qəbul edildikdən sonra növbəti prosedurlar sistem tərəfindən insan faktoru olmadan avtomatik olaraq yerinə yetirilir. Qeyd etmək lazımdır ki, müraciətlərin avtomatik daxil edilməsi imkanlığı ilə yanaşı 155 xidməti operatoru ilə canlı dialoq yaratmaq imkanı da əvvəllər olduğu kimi saxlanılmışdır.
Xətai Telefon Qovşağı- Bakı şəhəri, M.Mehdizadə küçəsi 14 ünvanında, Xətai rayonunun ərazisində yerləşir və 1965 ci ildə təşkil edilmişdir. Əvvəllər Mərkəzi Telefon Qovşağı kimi fəaliyyət göstərib. Nömrə tutumu 129 mindən artıqdır.
430/431/530, 432/433/434, 438/439/510, 560/568/569/513/413, 491, 494/495/596, 401, 402, 406, 581, 511 indeksli ATS-lər bu qovşağın xidmət ərazisindədir. Ümumi nömrə tutumu 166 min nömrədir. Qovşağın inzibati binası «İnşaatçılar» metro stansiyasının yaxınlığındadır, Şərifzadə küçəsi 75 ünvanında yerləşir.
Qovşağ əvvəllər mövcud olan Lenin Telefon Qovşağının 80-cı illərdə bölünməsi nəticəsində təşkil olunmuşdur. Qovşağın xidmət ərazisinə Əhmədli, Günəşli, Köhnə Günəşli, Yeni Günəşli, 8-ci km yaşayış massivləri daxildir. Qovşaq Nizami rayonu ərazisində “Qara Qarayev” metro stansiyasının yaxınlığında yerləşir.
80-ci illərdə, əvvəllər Bakı şəhərində üç telefon qovşağından biri kimi faliyyət göstərən Lenin Telefon Qovşağının yenidən təşkil olunması nəticəsində yaradılan Sabunçu Telefon Qovşağının xidmət sahəsinə, Sabunçu rayonu və Suraxanı rayonunun bir hissəsi daxildir. Nömrə tutumu 104.000-ə yaxındır.
Bu qovşaq əvvəllər şəbəkədə mövcud olan üç telefon qovşağından biri – Lenin telefon qovşağının bazasında yaradılmışdır. 80-cı illərdən başlayaraq müstəqil qovşaq kimi fəaliyyət göstərir. Qovşaq Mərdəkan qəsəbəsində yerləşir.
Qaradağ rayonunun ərazisində rayonun mərkəzi olan Lök-batan qəsəbəsində yerləşir. Əvvəllər Yasamal Telefon Qovşağının tərkibində olub. 1991-ci ilin mart ayından Qaradağ Telefon Qovşağı kimi fəaliyyətə başlayıb. Fəaliyyətə başlayarkən tərkibində Lök-batan.